1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
"Qəbələ"dən Zenyovsuz məşq
"Qəbələ” komandası Azərbaycan Premyer Liqasının XX turunda "İnter”lə keçirəcəyi oyunun hazırlıqlarına başlayıb. Sportnet.az-ın məlumatına görə, XIX turun yanvarın 30-da keçirilən "Kəpəz”lə səfər qarşılaşmasından (0:3) sonra iki günlük istirahətə buraxılan "qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda hazırlıq keçib.
Məşq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Hazırlıqda yalnız zədəli Sergey Zenyov iştirak etməyib. Zədədən sonra hazırlıqlara qatılan Ruslan Abışov fərdi məşqlə kifayətlənib. "Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Qeyd edək ki, "İnter” – "Qəbələ” oyunu fevralın 7-də keçiriləcək. "İnter Arena”da baş tutacaq qarşılaşma saat 17:30-da start götürəcək.