
Vaxtilə Azərbaycanda çıxış etmiş qapıçı Vladimir Miçoviçlə hücumçu Branimir Subaşiç Serbiyada keçirilən futzal üzrə Avropa çempionatında millimizin İtaliya ilə oyununu izləməyə gəlib. Sportnet.az-ın məlumatına görə, serbiyalı sabiq oyunçular hazırda "Belqrad Arena"da keçirilən oyuna tamaşa edirlər.
Onlar hissələrarası fasilə müddətində azarkeşlərlə şəkil də çəkdiriblər. Hazırda millimiz 0:2 hesabı ilə uduzur.
Qeyd edək ki, Vladimir Miçoviç vaxtilə "Neftçi" və "Abşeron"da, Branimir Subaşiç isə "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" və "Qarabağ"la yanaşı, Azərbaycan millisində çıxış edib.