1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qurban Qurbanov "AZAL Arena"dan şikayətləndi
"Hər bir xarici toplanışın komanda üçün faydası çox böyükdür. Ölkə xaricində daha yaxşı şəraitdə hazırlaşırıq. Toplanış zamanı biz bir aya yaxın normal ot örtüyündə məşq etmişik". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Premyer Liqanın XIX turunda AZAL-la keçirilmiş oyunda qeydə alınan məğlubiyyətdən danışan 44 yaşlı mütəxəssis "AZAL Arena"nın süni örtüyündən narazılığını dilə gətirib: "Mən heç vaxt məğlubiyyətdən şikayətlənməmişəm. Qismətimizdə yox idi və uduzduq. Amma o şəraitdən çıxıb gəlib belə bir meydanda ("AZAL Arena" nəzərdə tutulur - red.) oynamaq futbolçular üçün çox ağır idi. Ümumiyyətlə, AZAL klubunun stadionunda süni örtük o qədər də yaxşı vəziyyətdə deyil. Hər şeyi bir oyunla ölçmək istəmirik. İnanıram ki, yavaş-yavaş komanda toplanışın faydasını görəcək".
Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu 1:0 hesabı ilə başa çatıb.