"Hakimin qərarları düzgün idi". Sportnet.az-ın məlumatına görə, bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "Neftçi" və "Rəvan" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XX tur matçının hakimliyi barədə danışarkən deyib.
O bildirib ki, referi Elvin Əsgərovun göstərdiyi hər iki qırmızı vərəqə haqlı idi.
Məmmədov FİFA referisi Orxan Məmmədovun cəzalandırıldığına dair xəbərləri bir daha təsdiqləyib. Lakin o, cəza müddətini açıqlamayıb: "Onun nə vaxtadək cəzalandığını deyə bilmərəm".
Qeyd edək ki, "Neftçi" - "Rəvan" matçında tərəflər hərəyə bir qol vurmaqla yanaşı, Jairo Rodrigeslə Yasin Hamedi itirib.