"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "İnter"lə Azərbaycan Premyer Liqasının XX tur matçından sonra hakimlik barədə xüsusi danışıb. Sportnet.az-ın məlumatına görə, ukraynalı mütəxəssis Rəhim Həsənovun idarəçiliyindən narazılıq ifadə edib.
O, Həsənovu ikili yanaşmada ittiham edib: "Hakimlk barədə danışmaq istəmrəm. Düşünürəm ki, rəqibə və bizə göstərilən sarı vərəqə arasında fərqlilik vardı. Bu, mənim şəxsi fikrimdir. Rəşad Sadiqov cərimə edən kimi birbaşa sarı vərəqə aldı. Elə bil ki, hakim "sarı”nı əlində saxlamışdı. Digər tərəfdən, Rafael Santosa da müəyyən kobudluq vardı".
Qriqorçuk ədalətli hakimlik tələb etdiklərini dilə gətirib: "İstəməzdm ki, hakimləri müzakirə edim. Elə başa düşülməsin ki, mən hakimliyi tənqid edirəm. Ancaq elə qərarlar olub ki, bunlar çempionat ərzində bizim nəticəyə təsir edb. Mən bunu bəhanə kimi demirəm. Doğru-dürüst hakimlik istəyirik".
Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 1:0.