1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Millimiz 1/4 finalda!
Futzal üzrə Azərbaycan milli komandası Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, Faustino Peresin baş məşqçi olduğu yığma D qrupunun son oyununda İtaliyanın Çexiyanı 7:0 hesabı ilə yenməsindən sonra bu hüquqa yiyələnib.
Avropa çempionları ardıcıl 2-ci qələbədən sonra qrupu 6 xalla lider kimi tamamlayıb. Azərbaycan 3 xalla 2-ci olub. Daha öncə komandamıza 5:6 hesabı ilə uduzan Çexiya isə xal toplamadan qrup sonuncusu olub və çempionatla vidalaşıb.
1/4 finalda yığmamız C qrupunda 4 xalla 1-ci yeri tutan Rusiya ilə qarşılaşacaq. İtaliya isə həmin qrupun ikincisi Qazaxıstanı sınağa çəkəcək. Hər iki görüş fevralın 9-da müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:30-da və 24:00-da başlanacaq. Fevralın 8-də isə 1/4 final mərhələsinin daha 2 oyunu olacaq. Serbiya Ukrayna ilə, İspaniya Portuqaliya ilə üz-üzə gələcək.