1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İntizam Komitəsində limon müzakirəsi
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasında XX turun "Qarabağ" - "Xəzər Lənkəran" oyunu zamanı yerli azarkeşlərin meydana limon atması məsələsinə də baxılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a komitə üzvü və Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov bildirib.
Onun sözlərinə görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı matçda baş vermiş hadisə AFFA nümayəndəsi Vaqif Davudov tərəfindən qeydə alınıb. Lakin M.Həsənov limonun "kənar əşya", yoxsa "təhqiramiz jest" kimi dəyərləndiriləcəyini açıqlamayıb. PFL rəsmisi indidən bu haqda danışmağa səlahiyyətinin olmadığını və hər şeyin günorta saatlarında açıqlanacaq qərarda əksini tapacağını vurğulayıb.
Öz növbəsində V.Davudov "Report"a açıqlamasında olayı protokolunda qeydə aldığını təsdiqləyib: "Hadisə 2-ci dəqiqədə baş verdi. Limonu "Qarabağ" azarkeşləri oturan sektordan meydançaya futbolçulara yox, boş sahəyə atdılar. Hətta oyundan sonra "Qarabağ"ın yeniyetmə azarkeşləri öz sevinclərini bölüşmək üçün futbolçulara tərəf qaçdılar. Buna da icazə yoxdur və protokolda qeyd etdim. 45 ildir futboldayam, belə şeylər gözümdən qaçmaz, mənə keçməz!"
Qeyd edək ki, oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.