1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Uğur Pamuk: “Azərbaycan mənə çox şey verib” - MÜSAHİBƏ
"Sumqayıt”ın futbolçusu Uğur Pamukun Sportnet.az-a müsahibəsi
- "Qəbələ” ilə oyunda məğlubiyyətin səbəbini nədə görürsən?
- Qəbələyə sırf udmaq üçün gəlmişdik. Biz heç bir komandadan çəkinmirik. İlk hissədə çox pis oynadıq. İkinci hissədə hücuma çox qoşulduq. Hücumda effektli idik, qol şanslarımız oldu. Bunlardan istifadə etməli idik. Kimlərsə fikirləşə bilər ki, "Sumqayıt” "Neftçi”yə uduzduğuna görə öz oyununu itirib. Ancaq elə bir şey yoxdur. Biz hələ də öz oyunumuzu göstəririk və daha da yaxşı olacaq.
- Bu nikbinliyin nədən irəli gəlir?
- Hər bir komandanın oyunu get-gedə yaxşılaşır. Qış fasiləsindən sonra mübarizə yeni başlayıb. Amma qələbə qazanmamağımızın səbəbini sırf bunda görmürəm. Komandamıza inanıram. İnşallah, yaxşı olacaq.
- "Sumqayıt” uzun müddətdir, daha dəqiqi, ardıcıl 5 turdur qalib gələ bilmir...
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar.
- Samir Abasovun baş məşqçi postuna gəlişindən sonra komanda inamlı çıxış etməyə başladı. Lider "Qarabağ” üzərində qələbə qazandınız. Ancaq son vaxtlar uğursuzluq zolağına düşmüsünüz...
- Bəxtimiz gətirmir. Qol imkanlarımız olur, ancaq son nöqtəni qoya bilmirik. Antalyada yaxşı toplanış keçdik. Komandamız hələ özünə gəlməyib.
- Səncə, "Sumqayıt” Avroliqaya çıxa bilər?
- Bəli. Niyə də çıxmasın?
- Ancaq avrokubok zonası ilə xal fərqi böyükdür...
- Növbəti oyunlarda qələbə qazanıb turnir cədvəlində irəliləməyə çalışacağıq.
- Son vaxtlar "Sumqayıt”da əksər oyunlarda əvəzlənirsən. Bu dəfə ikinci hissədə meydana çıxdın...
- Bu, baş məşqçinin qərarıdır. Ona hörmətlə yanaşıram. Nəsə bilir ki, belə qərar verib. Ola bilsin, məşqlərdə zəif təsir bağışlamışam.
- "Sumqayıt”da həm Aqil Məmmədovun, həm də Samir Abasovun rəhbərliyi altında oynamısan. Necə müqayisə aparardın?
- Bu sualı əvvəl də mənə vermişdilər. Hər məşqçinin öz hazırlıq prosesi var.
- Artıq xeyli vaxtdır Azərbaycanda oynayırsan. Karyerandan nə dərəcədə razısan?
- Azərbaycan mənə çox şey verib. Bu, həm də futboldan kənardadır. Yaxşı insanlar, dostlar tanımışam. Bura mənim evim kimi olub.
- Almaniyada doğulub, boya-başa çatmısan, futbolda ilk addımlarını atmısan. Yenidən bu ölkənin aşağı liqasında çıxış etməyi düşünürsən?
- Hələ o haqda fikirləşmirəm. Gələcəkdə yaxşı oynamalıyam və hər şey özümdən asılıdır. Hələ öz oyunumdan tam razı deyiləm.
Mehman SÜLEYMANOV