Hollandiya Futbol Federasiyası 7 il əvvəl keçirilmiş "Villem" – "Utrext" oyunu ilə bağlı araşdırmalarına son qoyub. Sportnet.az-ın məlumatına görə, 2008/2009 mövsümündə ölkə çempionatının XXII turunda baş tutmuş oyunun satılması haqda Azərbaycanda çıxış etmiş İbrahim Karqbo etiraf edib.
"Bakı"da top qovan futbolçu iki komanda yoldaşı ilə birlikdə sinqapurlu Uilson Raca Perumalanın təklifini qəbul etdiklərini və danışılmış oyunların təşkilinə görə, həbs olunan futbolçuların hərəsinə 25 min avro ödənəcəyini vəd etdiklərini deyib.
Ancaq meydan sahibləri 1 deyil, 2 qol buraxaraq uduzduğu üçün oyunçulara heç bir ödəniş edilməyib.
Qeyd edək ki, İbrahim Karqbo 2010-cu ildə "Villem"dən "Bakı"ya keçib və 3 il paytaxt təmsilçisinin şərəfini qoruyub