1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov: "Zirə"nin avrokubok şansı azdır" - MÜSAHİBƏ
AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi
- Premyer Liqanın XXI turu çərçivəsində keçirilən "Zirə” - "Rəvan” oyununu canlı olaraq stadiondan izlədiniz. Zirəyə səfər etməyinizin xüsusi bir səbəbi var?
- Çoxdandı "Zirə”nin oyununa gəlmirdim. Bu dəfə fürsət düşdü və qarşılaşmaya baxdım. Oyun maraqlı oyun keçdi. Sözün açığı, bunu gözləmirdim. Düşünürdüm ki, qapalı oyun keçəcək. Amma 90 dəqiqə ərzində açıq, gərgin oyun getdi. "Zirə” üstün olsa da, sonda az qala xal itirəcəkdi. Bir sözlə, yaxşı oyun oldu.
- "Zirə”nin avrokuboklarda iştirakı hüquqi cəhətdən sual altındadı. Bu məsələni klub rəhbərliyi ilə müzakirə etdiniz?
- Bununla bağlı danışıqlar aparırıq. Bilirsiniz ki, UEFA-nın qaydalarına görə, avrokuboklarda iştirak etmək üçün klub minimum 3 il aktiv fəaliyyət göstərməlidi. Amma "Zirə”də belə deyil. UEFA ilə bu məsələ ətrafında danışıqlarımız olacaq. Lakin şanslar azdı.
- AFFA prezidentliyinə seçkilərə az vaxt qalıb. Bu məsələ ilə bağlı hər hansı bir yenilik var?
- Hələlik heç bir yenilik yoxdu. Namizədlərin müraciətini gözləyirik. Keçən həftə seçki tarixini rəsmən bəyan etdik. Yəqin ki, gələn həftədən seçkiylə bağlı fəallıq hiss olunacaq.
- Prezidentliyə namizədlər üçün son tarix müəyyənləşib?
- Namizədliyin irəli sürmək istəyən şəxslər fevralın 25-nə qədər qeydiyyatdan keçməlidi. Gündəlikdə hansısa dəyişiklik ola bilər. Bunu isə biz 15 gün əvvəldən bilməliyik. Ona görə də son tarix fevralın 25-di.
- Mətbuatda Rövnəq Abdullayevin daha AFFA-ya rəhbərlik etməyəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətəuyğundu?
- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Lakin bununla bağlı hər hansı rəsmi məlumat yoxdu.
- Siz necə düşünürsüz, Rövnəq Abdullayev yenə AFFA prezidenti olmaq üçün namizədliyini irəli sürəcək?
- Çox güman ki, bəli. Düşünürəm ki, Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olacaq.
- Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının startına təxminən 3 ay qalıb. Turnirin Təşkilat Komitəsinin tərkibi nə vaxt açıqlanacaq?
- Növbəti 2 həftə ərzində Təşkilat Komitəsində yer alacaq şəxlərin adları açıqlanacaq. Hazırda struktur üzərində iş gedir. Lazımi sənədlər UEFA-ya da göndərilib. Bu məsələ İcraiyyə Komitəsinin iclasında da müzakirəyə çıxarılacaq.
- Avropa çempionatında iştirak edəcək U-17 millimiz yavnarın 13-də Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdən qayıtdıqdan sonra yalnız ölkə daxilində hazırlıq keçir. Bunun səbəbi nədir?
- Səbəb odur ki, millimiz Avropa çempionatında bütün oyunları Bakıda keçirəcək. Ona görə qərara gəldik ki, U-17 yığmamız maya qədər yalnız paytaxtda hazırlıq keçsin. Qarşıdakı günlərdə Rusiya və Ukrayna milliləri də Bakıya səfər edəcəklər. Həmin komandalarla qarşılaşmaqla yığmamız oyun praktikasının yoxluğundan da əziyyət çəkməyəcək.
- Yəni, U-17-nin ölkə xaricində deyil, Bakıda hazırlıq keçməsi maddi məsələlərlə bağlı deyil...
- Xeyr. U-17 ilə bağlı hər hansı maddi çətinlik yoxdur. Onlar qitə birinciliyindəki oyunlarını Bakıda keçirəcəklər. Bu səbəbdən də komandanın paytaxtda hazırlıq keçməsi qərar alındı. Amma U-19-un ölkə xaricindəki toplanışlarının sayı azalıb. Bu da qənaət rejiminə keçməyimizdən irəli gəlir (futbolxeber.az).