Bu gün Azərbaycan Premyer Liqasında XXII tura start verilib. Sportnet.az-ın məlumatına görə, turun ilk oyun günündə Bakının "İnter" klubu Gəncənin "Kəpəz" komandasını qəbul edib.
"İnter Arena"da baş tutmuş qarşılaşmanın ilk yarısı qolsuz bərabərliklə yekunlaşıb. Meydan sahibləri ikinci hissədə istəyinə çatıb. Matçın 55-ci dəqiqəsində Nizami Hacıyev topu Tadas Simaitisin qoruduğu qapıya göndərib. Oyun "İnter"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu görüşdən sonra paytaxt klubu 34 xalla 4-cü pilləyə yüksəlib. Aktivində 32 xal olan "Kəpəz" isə "İnter"dən bir pillə geri düşüb.
Azərbaycan Premyer Liqası, XXII tur
15:00. "İnter" (Bakı) - "Kəpəz" (Gəncə) - 1:0
Qol: Nizami Hacıyev, 55
Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov
AFFA nüməyəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
Bakı. "İnter Arena"
Qeyd edək ki, turun qalan oyunları 20 və 21 fevralda keçiriləcək.