Azərbaycanın
"Qəbələ” klubu Avroliqanın II təsnifat mərhələsinə vəsiqə qazana bilməyəcəyi
təqdirdə daha bir təlim-məşq toplanışına yollanacaq. Sportnet.az-ın məlumatına görə, Dorinel
Muntyanunun rəhbərlik etdiyi komanda Hollandiya, Slovenya və ya Avsatriyaya üz
tutacaq.
Hazırda
komandanın bütün diqqəti bu gün keçiriləcək "Şiroki Briyeq”lə oyuna yönəlib. Ancaq menecerlər hər üç ölkədə potensial rəqiblərin kimliyinə aydınlıq gətirməklə
məşğuldurlar.
"Qəbələ”nin
Hollandiyaya getmə şansları daha çoxdur. Lakin bütün hallarda əyalət təmsilçisi Bosniya və Herseqovinadakı oyundan sonra Bakıya dönəcək və son qərar Azərbaycanda veriləcək.