1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolumuzda ilklər sahibləri arasında qalmaqallı çempionluq
"Qarabağ” ilə "Neftçi” futbolumuzda bir çox cəhətlərinə görə xüsusi çəkiyə malikdir. Əvvəla, hər ikisi SSRİ çempionatının iştirakçısı olub. Düzdür, Ağdam klubu rəqibindən fərqli güclülər dəstəsinin yox, aşağı divizionun iştirakçısı olub. "Qarabağ” ilə "Neftçi” ilk milli çempionatımızdan bu yana qalan yadigarlarımızdır. Yalnız bu 2 komanda artıq 23 ildir ölkə çempionatında iştirak edir və təbii ki, ən çox qarşılaşmalar da məhz bu komandalar arasındadır – 62 oyun. "Turan” də 1992-dən bu yana uzun illər onlarla birgə irəliləsə də, 2012/13 mövsümündə Premyer Liqada yerini qoruya bilmədi və artıq 3 ildir birinci divizionda çıxış edir.
Milli çempionatlarımız tarixində ən qalmaqallı çempionluq da məhz "Qarabağ” ilə "Neftçi” arasında olub. "Ağ-qaralar” həmin 1996/97 mövsümünün qalibi olsalar da, AFFA əvəzedicilərin yarışının da nəticəsini nəzərə alınmalı olunduğu (həmin vaxt reqlament belə idi) əsas gətirərək "Qarabağ”ı çempion elan edir. Ancaq UEFA bunu yox, "Neftçi”ni çempion kimi tanıyır və onu Çempionlar Liqasına buraxır. Həmin mübahisəli çempionluq sonralar "Neftçi”nin xeyrinə həll olundu. Yeri gəlmişkən, "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onda "aq-qara” formada çıxış edərək, 34 qolla çempionatımızın bombardiri olmuşdu.
Ən nəhayət, "Neftçi” ilə "Qarabağ” Azərbaycanın qrup mərhələsində ilk təmsilçiləri oldular. "Neftçi” 2012-ci ildə ilk tarix yazan klubumuz oldu. Bundan 2 il sonra "Qarabağ” da Avropa Liqasının qrup mərhələsinin iştirak etdi. Hər ikisinin futbolumuzda ilki var. "Neftçi” ilk qrupa düşəndirsə, "Qarabağ” ardıcıl 2 mövsüm qrupa düşən ilk klubumuzdur.
Rəqiblər ölkə kubokunun finalının da son iştirakçılarıdır. Qəbələdə keçirilən həmin matç ağdamlıların 3:1 hesablı qələbəsi və Qurban Qurban Qurbanovun vaxtında ilk "dublu” ilə nəticələndi. "Qarabağ” ilə "Neftçi” 1992-ci ildən keçirilən Azərbaycanda kubokunda ilk əyalət finalının iştirakçıları kimi tarixə düşdülər.
Premyer Liqamızda son 6 ildə hegemonluğu müəyyənləşdirənlər
Bu 2 komanda 2010/11 mövsümündən bu yana çempionatda liderliyi müəyyənləşdirirlər. Diqqət yetirək, "Neftçi” ardıcıl 3 il – 2011, 2012, 2013-cü illərdə çempion (1-i "qızıl dubl” olmaqla) oldu. Artıq "Qarabağ” bu hegemonluğu ələ keçirib və ardıcıl 3-cü çempionluq yolunda inamla irəliləyir. Qurban Qurbanovun komandasının da bir çempionluğu "qızıl dubl”la olub.
Tarixi derbinin baş məşqçiləri də diqqət mərkəzindədir. Qurban Qurbanov bir vaxtlar milli komandamızda Əsgər Abdullayevin rəhbərliyi altında oynayırdısa, indi onunla həmkardır. Əsgər müəllimin adını futbol tariximizə qızıl hərflərlə yazdıran Serbiya və Çernoqoriya yığmasıyla matçlarda meydanda əsas qəhrəman 4 qolumuzdan 3-nün müəllifi olan Qurban Qurbanov idi. Qurban müəllim məşqçilik karyerasına məhz "Neftçi”də başlayıb və debüt mövsümündəcə (2006/07) gümüş medalçı olub. Həmin vaxt çempionluğun bir addımlığında olan Qurbanovun istəyinə çata bilməməsinə sona 1 tur qalmış Abdullayevli "Olimpik”ə 1:2 hesablı məğlubiyyət səbəb olub.
Ümumiyyətlə, "Qarabağ”da "Neftçi”nin sabiq üzvləri çoxdur. Onlarən əksəri Qurban müəllimin köməkçiləridir – Elçin Rəhmanov, Zaur Tağızadə, Müşfiq Hüseynov, qapıçılarla işləyən Elxan Həsənov. "Qarabağ”ın kapitanı Rəşad Sadıqov bir futbolçu kimi məhz "Neftçi”də uğurlu çıxışıyla tanınıb. Abdullayevin köməkçilərindən isə Sətatr Əliyev həm əslən Ağdamdandır, həm də 20 illik futbolçu karyerasını (1984-2004) "Qarabağ”a həsr edib. Milli çempionatımızda 1 kluba sadiq qalan belə futbolçularımız isə çox azdır.
Bəli, sabah bizi "Qarabağ” ilə "Neftçi” arasında çempionatımızda növbəti, 63-cü duel gözləyir. "Neftçi” cari mövsümdə yaxşı günlərini yaşamasa da, ağdamlılarla prinsipial matça yaxşı köklənə bilir. Təsadüfi deyil ki, "ağ-qaralar” liderə bu çempionatda yenilməyib (səfərdə 1:1, evdə 1:0). Əminəm ki, yenə də maraqlı, gərgin mübarizə, derbiyə layiq bir oyun olacaq. Onsuz da derbilərimiz ildən-ilə azalır. Nə yaxşı ki tarixi derbimiz hələ qalır...
Mehman SÜLEYMANOV