1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Nəticə ədalətli olmadı"
"Əvvəlcə "İnter"i qələbə münasibətilə təbrik edirəm. Neçə turdur qalib gələ bilmirdilər". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev deyib.
Azərbaycan Premyer Liqasının XXII turunda "İnter"lə səfər oyununda 0:1 hesablı məğlubiyyəti şərh edən Diniyev nəticənin ədalətli olmadığını söyləyib: "Ancaq mənə elə gəlir ki, bu, ədalətli nəticə deyildi. Komandam daha yaxşı oynadı. Belə oyuna görə futbolçularıma təşəkkür edirəm. Oyun varsa, nəticə də gələcək. Hesab edirəm ki, bu oyun azı heç-heçə ilə nəticələnməli idi. Biz məğlubiyyətə layiq oynamadıq. Çatışmayan yalnız qol idi. Üstünlüyümüzü qola çevirə bilmədik. "İnter"ə uduzmaq istəmirdik. Liderlər qrupunda qalmaq üçün bu oyunda nəticə qazanmaq bizə çox vacib idi. Əfsuslar olsun ki, yararlana bilmədik. Məncə, 4 oyunun hamısında oyun intizamında, sistemində irəliləyişlərin çox olduğu göründü. Bu, nəticə tarixə keçdi. Məğlubiyyəti unudub, yolumuzu davam etdirməliyik. Belə davam etsə, komandamız öz xallarını yığa biləcək".