
Bu gün Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" səfərdə "Qarabağ"la qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar" prinsipial matça itkilərlə çıxacaq.
Zədəli olan hücumçu Məhəmməd Qurbanov "Qarabağ"la görüşü tribunadan izləməli olacaq. Bir müddətdir zədədən əziyyət çəkən müdafiəçi Məqsəd İsayevin vəziyyətinə isə aydınlıq gəlməyib. Futbolçunun meydana çıxıb-çıxmayacağına oyun saatına qədər aydınlıq gələcək.
Qeyd edək ki, "Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" maçtı saat 17:30-da başlayacaq.









































































