"Komandamdan razı qaldığımı deyə bilmərəm. Ümumiilikdə istədiyimiz oyunu qura bilmirik. Amma elə olur ki, pis oynasan da qələbə qazanırsan". Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXII turunda AZAL-la keçirilmiş oyunu şərh edərkən deyib.
Gənc mütəxəssis bu qələbənin komandaya həm motivasiya, həm də psixoloji baxımdan lazım olduğunu bildirib: "Mütləq qələbə qazanmalıydıq. Bu gün də məğlub olsaydıq, nələrin baş verəcəyini bilmirdim. Üç məğlubiyyətdən sonra bu qələbənin önəmi böyük idi. Gələcək oyunlara baxacağıq. Öz oyunumuzu qaytarmaq istəyirik. Çalışacağıq ki, "Sumqayıt" ən baxımlı oyun nümayiş etdirən komandalardan olsun. Pərdisin inciyib getdiyini bilmirəm. Bu məsələni araşdıraram. Amil Yunanova gəldikdə, şişirtmişik ki, qol vurmalıdır. Ancaq bu gün olmadı".