1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rasim Ramaldanov: "Sumqayıt"a iddiasız komanda demək olmaz"
"Debüt oyunumu idi. Komanda yoldaşlarıma münasibətim yaxşıdır. Bu səbəbdən uyğunlaşmağım üçün heç bir problem olmadı". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Sumqayıt"ın futbolçusu Rasim Ramaldanov deyib.
Azərbaycan Prmeyer Liqasının XXII turunda evdə AZAL-la oyundan danışan müdafiəçi bunları bildirib: "Pis çıxış etmədik. Əsas üç xaldır və onu da əldə etdik. Çətinliklərin olmasına baxmayaraq, əzmkar oyun nümayiş etdirdik. Mövsümün ikinci yarısında keçirdiyimiz dörd oyunda ilk qələbəmizi qazandıq. Hesab edirəm ki, digər oyunlarda çatışmazlıqlar vardı. Hardasa bəxt amili də rol oynayırdı. Yəqin ki, bundan sonra daha yaxşı oyun nümayiş etdirəcəyik".
30 yaşlı futbolçu "Sumqayıt"da çıxış edərək milliyə dəvət alma və legioner həyatı yaşama ehtimalından danışıb: "Deməzdim ki, "Sumqayıt" pis komandadır. Hamısı futbol oyanayan uşaqlardır. Hər şey qaydasındadır. Çalışacağıq ki, bundan da yaxşı oyunlar göstərək. "Sumqayıt"a iddiasız komanda demək olmaz. Hamısı demək olar ki, eyni səviyyədə oynayan futbolçulardır. Müqaviləm yayda bitəcək. Yaxşı oyun nümayiş etdirim, qalıb oynayaram. Ölkə xaricində çıxış etmək məsələsi də vardı. Ancaq məsləhət gördülər ki, burada qalım".