
"Bakı Olimpiya Stadionu"nda toy etmək bir qədər qəribə səslənir". Bu, "Bakı Olimpiya Stadionu”nda toy etmək mümkündür. Sizin (yaxınlarınızın) toyunun stadionda olmasını istərdizmi?" sualı ilə bağlı Azərbaycanda 775 nəfər arasında aparılan sosial sorğuya ən çox verilən cavabdır.
Sponet.az "Report"a istinadən xəbər verir ki, "Database" şirkətinin sorğusunda bu sual respondentlərin 52%-ni təəccübləndirib. Rəyi soruşulanların 31%-i stadionda toy etmək istəmədiklərini bildiriblər. Respondentlərin 17%-i stadionda toy etmək istədiklərini bildiriblər, ancaq 10% bu toyun yay aylarına təsadüf etməsi şərti ilə razılaşıblar.
Şirkətdən bildirilib ki, bu xəbər səsvermədə iştirak edənlərdə o qədər təəccüb yaradıb ki, onlar qoyulan suala qəti cavab verə bilməyiblər.









































































