"İnter”lə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirdiyi oyundan sonra istirahətə buraxılan "Kəpəz”in üzvləri məşqləri bərpa edib. Sportnet.az-ın məlumatına görə, iki gün dincələn futbolçular "Sumqayıt”la keçirəcəkləri təqvim oyununun hazırlıqlarına bu gün başlayıblar.
"Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Sabahdan başlayaraq isə komanda fevralın 25-nə kimi "Dalğa Arena”da məşq edəcək.
Fevralın 26-da Gəncəyə gələcək "dağlılar” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.