AFFA-nın İntizam Komitəsi "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayevi cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb Mustafayevin XXII turda "Qarabağ"la səfər oyununda texniki zona qaydalarını pozmasıdır.
Nəticədə baş məşqçiyə 1 oyunluq cəza, klubuna isə 500 manat cərimə tətbiq edilib. O, növbəti tur maçtında texniki zonada olmayacaq.
Bundan başqa əvəzedicilərin "Rəvan" – "Qəbələ" matçında meydan sahiblərinin 4, "qırmızı-qaralar"ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 500 manat ödəməli olacaq.