1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" Fransa komandasını yendi
"Qəbələ” Futbol Akademiyasının komandaları Qətərdə keçirilən "Aspire Tri Series” beynəlxalq turnirdə mübarizəyə başlayıb. Sportnet.az-ın məlumatına görə, 3 klubun üç müxtəlif yaş qrupundan olan komandalarının mübarizə apardığı yarışın ilk turunda istirahət edən "qırmızı-qaralar” ötən gün Fransa "Mets”i ilə üz-üzə gəlib.
U-10 komandalarının oyununda Fransa təmsilçisi qalib gəlib – 3:1. "Qəbələ”nin yeganə qoluna İlkin Muradov imza atıb. U-11-lərin qarşılaşması isə "qırmızı-qaralar”ın qələbəsi ilə nəticələnib – 5:4. Okan Təhməzlinin pokerə imza atdığı oyunda digər qolumuzun müəllifi Elvin Qarayev olub. U-12-lərin mübarizəsində isə "Mets” üstün olub – 7:1. Fransalıların qapısından qolu Emil Süleymanov keçirib.
"Qəbələ"nin komandaları bu gün yarışın təşkilatçısı olan "Aspire” akademiyasından olan həmyaşıdları ilə görüşəcək. Oyunların hər üçü Bakı vaxtı ilə 18:00-da başlayacaq.
Qeyd edək ki, ilk turda "Aspire” ilə "Mets” qarşılaşıb. Meydan sahibləri U-10-ların oyununda 4:1, U-11-lərin mübarizəsində 2:1 hesabı ilə qalib gəlib, U-12-lərin görüşündə heç-heçə qeydə alınıb – 1:1.