AFFA-nın Məşqçilər Komitəsinin Topaz Premyer Liqasında çıxış edən klubların rəhbərliyi və məşqçi heyəti ilə görüşləri davam edir. Sportnet.az-ın məlumatına görə, komitə üzvləri bu gün "Rəvan” klubunun vitse-prezidenti İlqar Axundov və baş məşqçi Bəhmən Həsənovla görüşüb.
Tədbirdə komandanın hazırkı durumu, gələcək planları barədə müzakirə aparıblar.