Ötən tur zədə səbəbindən "Sumqayıt"la oyunu buraxan AZAL-ın futbolçusu Murad Səttarlı artıq məşlərə başlayıb. Sportnet.az-ın məlumatına görə, bir müddət həkim nəzarətində olan yarımmüdafiəçi "Rəvan"a çıxış edə biləcək.
Həkimlər 24 yaşlı futbolçunun səhhətinin yaxşılaşdığını və matça qədər tam hazır olacagını bildiriblər.
Qeyd edək ki, Murad Səttarlı fevralı 15-də keçirilən səhər məşqi zamanı əzələsini dartmışdı.