Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turunun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, "İnter"lə "Qarabağ" arasında keçiriləcək turun mərkəzi oyunu gənc referi Ömər Paşayevə həvalə olunub.
Paşayev 2 tur öncə daha bir önəmli qarşılaşmada - "Kəpəz" - "Qarabağ" oyununda da iş başında olub.
"Zirə" - "Neftçi" qarşılaşmasını isə sabiq FİFA referisi Fariz Yusifov idarə edəcək. Hazırkı beynəlxalq dərəcəli hakimlərdən yalnız Əliyar Ağayev iş başında olacaq. O, Gəncədəki "Kəpəz" - "Sumqayıt" qarşılaşmasına göndərilib.
27 fevral (şənbə)
"Kəpəz” – "Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov
Gəncə şəhər stadionu, 14:00
"Zirə” – "Neftçi”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 15:00 (canlı, CBC Sport)
AZAL – "Rəvan
”Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov
AZAL Arena, 15:00
"Qəbələ” – "Xəzər Lənkəran”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov
Qəbələ şəhər stadionu, 17:00
"İnter” – "Qarabağ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev
"İnter Arena”, 18:00 (canlı, CBC Sport)