
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Püşkatmada İspaniyanın "Atletik", "Sevilya", "Valensiya", "Vilyareal", İngiltərənin "Liverpul", "Mançester Yunayted", "Tottenhem", Almaniyanın "Borussiya", "Bayer", İtaliyanın "Latsio", Türkiyənin "Fənərbağça", Ukraynanın "Şaxtyor" (Donetsk), İsveçrənin "Bazel", Çexiyanın "Sparta", Portuqaliyanın "Braqa" və Belçikanın "Anderlext" klubları iştirak edəcək.
16 komandanın mübarizəsində ilk oyunlar martın 10-da keçiriləcək. Cavab görüşü isə ayın 27-də olacaq.
Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 18-də 38 min azarkeş tutumuna malik "Bazel"ə məxsus "Yakop Park" stadionunda keçiriləcək.










































































