Fevralın 27-də keçiriləcək Azərbaycan Premyer Liqasının XXIII turunun bütün oyunlarından öncə bir dəqiqəlik sükut olacaq. Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.
Sükut həm Xocalı soyqırımı, həm də Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılovun vəfatı ilə əlaqədar olacaq.
Qeyd edək ki, XXIII turun bütün oyunları sabah keçiriləcək.