Bu gün Avropa Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, qitə turnirində yoluna davam edən Türkiyənin "Fənərbağça" klubu Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq.
Maraqlı görüşlərdən biri İngiltərə klubları arasında olacaq. "Liverpul" və "Mançester Yunayted" 1/4 finala yüksəlmək üçün mübarizə aparacaq.
1/8 finalda bu cütlüklər mübarizə aparacaq:
"Fənərbağça" (Türkiyə) - "Braqa" (Portuqaliya)
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) - "Sevilya" (İspaniya)
"Vilyarreal" (İspaniya) - "Bayer" (Almaniya)
"Atletik" (İspaniya) - "Valensiya" (İspaniya)
"Liverpul" (İngiltərə) - "Mançester Yunayted" (İngiltərə)
"Sparta" (Çexiya) - "Latsio" (İtaliya)
"Borussiya" (Dortmund, Almaniya) - "Tottenhem" (İngiltərə)
16 komandanın mübarizəsində ilk oyunlar martın 10-da keçiriləcək. Cavab görüşü isə ayın 17-də olacaq.
Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 18-də 38 min azarkeş tutumuna malik "Bazel"ə məxsus "Yakop Park" stadionunda keçiriləcək.









































































