1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"nin məşqçisi cəzalandı
AFFA-nın İntizam Komitəsi "Neftçi"nin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonu cəzalandırıb. Sportnet.az-ın məlumatına görə, buna səbəb məşqçinin Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Zirə" ilə keçirilmiş matçın ilk hissəsi başa çatdıqdan sonra qaydaları pozduğu üçün texniki zonadan kənarlaşdırılmasıdır.
Nəticədə klub 1000 manat cərimələnib. Zirədəki görüşdə və "İnter" – "Qarabağ" matçında meydan sahiblərinin, "Kəpəz" – "Sumqayıt" oyununda isə qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat ödəməli olacaq.
Şüvəlanda AZAL və "Rəvan" komandaları arasında keçirilmiş matçın 51-ci dəqiqəsində "təyyarəçilər"in heyətində Qvanzav Maqomedov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat ziyana düşüb.