"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin bugünkü iclasında iştirak etməyib. məlumatına görə, buna səbəb "Palmali" şirkətlər qrupunun İstanbul ofisindən Bakıya qonaqların gəlməsidir.
T.Nadirov qonaqlarla birgə olduğunda iclasa qatılmayıb. Türkiyədən gələn qonaqların Lənkərana da səfər etməsi gözlənilir. Səfər baş tutacağı halda şirkət nümayəndələrinin Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" oyununu izləməsi istisna olunmur.
Qeyd edək ki, martın 2-də Lənkəran şəhər stadionunda keçiriləcək "Xəzər Lənkəran" - "Neftçi" matçı saat 14:00-da başlayacaq.