1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əsgər Abdullayev üzr istədi
"Komanda qarşısına qoyulan minimum tapşırığı yerinə yetirdi. Əsas qələbə qazanmaq idi ki, bunu bacardıq”. Sportnet.az-ın apasport.az-a istinadən məlumatına görə, bunu "Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Neftçi"ni 3:2 hesabı ilə yendikləri ilk oyundan sonra deyib.
Gənc mütəxəssis komandasının qələbəyə layiq oyun sərgilədiyini bildirib: "Amma bu qələbə ilə kifayətlənmək olmaz. Maksimum tapşırıq növbəti mərhələyə keçməkdən ibarətdi. İnşallah, cavab oyununda da vuruşacağıq”.
"Neftçi”nin baş məşqçisi Əsgər Abdullayev isə deyib ki, növbəti mərhələyə adlayacaq komandanın adı cavab görüşündən sonra bəlli olacaq: "Bilirdik ki, "Xəzər Lənkəran” "Neftçi”yə qarşı həmişə başqa motivasiya ilə oynayır. Bu barədə futbolçulara məlumat vermişdik. Buna rəğmən, məğlub olduq. Təəssüf ki, qol imkanlarından maksimum istifadə edə bilmədik. Amma bir şeyi qeyd edim ki, kubok 2 oyundan ibarətdi. Hər şey Bakıdakı görüşdən sonra bəlli olacaq”.
Abdullayev qeyri-stabil çıxışa görə "Neftçi” azarkeşlərindən üzr istəyib: "Son oyunlarda azarkeşlərimizi sevindirə bilmirik. Onlar bu görüşdə bizdən daha çox qələbə gözləyirdilər. Məğlubiyyətə görə, azarkeşlərimizdən üzr istəyirəm. Amma bizə inansınlar, sona qədər dəstəkləsinlər”.