1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Antonovun hərəkəti Qriqorçuku özündən çıxardı
Zədədən sonra "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXIV tur matçında meydana qayıdan "Qəbələ"nin futbolçusu Aleksey Antonovun hərəkəti baş məşqçi Roman Qriqorçuku özündən çıxarıb. Sportnet.az-ın məlumatına görə, buna ilk yarının uzatma dəqiqələrində ukraynalı legionerin meydan sahiblərinin yarımmüdafiəçisi Erik Ramosla münaqişə yaşaması səbəb olub.
O, top uğrunda mübarizədə Ramosun əl-qol hərəkətinə kəskin etirazını bildirib. Komanda yoldaşlarının araya girməsindən sonra münaqişənin daha da böyüməsinin qarşısı alınıb. Qriqorçuk isə dərhal Asif Məmmədova "hazırlaş" tapşırığı verib. Lakin az sonra baş hakim Ömər Paşayevin ilk yarının bitdiyini işarə edən fitini səsləndirməsi üzündən dəyişiklik fasilədən sonra gerçəkləşib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.