Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun son oyunu keçirilib. Sportnet.az-ın məlumatına görə, Bakıdakı "Bayıl Arena"da autsayder "Rəvan" son turlar uğursuzluq yaşayan "Kəpəz"i qəbul edib.
Bu oyunadək paytaxt təmsilçisi 8 xalla 10-cu, gəncəlilər isə 33 xalla 5-ci pillədə idilər. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1. Lakin nəticə komandaların turnir cədvəlindəki mövqelərində dəyişikliyə səbəb olmayıb. Amma "Kəpəz" 4-cü pillədəki "İnter"lə fərqi 2-yə endirə bilib.
Hər iki klub ötən mövsüm I Divizionda çıxış edib. Premyer Liqada isə bu, komandaların 11-ci oyunu olub. Qarşılaşmaların 3-də "Rəvan", 7-da "Kəpəz" qalib gəlibsə, 1 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti isə qonaqların xeyrinə dəyişib - 16:17.
Digər tərəfdən, öz aralarındakı qarşılaşmalarda "Rəvan” 4-cü oyunda qalib gələ biləyib, "Kəpəz” son 3 matçda ilk dəfə qol buraxıb. Yenə paytaxt təmsilçisinin ev oyunlarında ən azı 2 qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, XXIV tur
6 mart
16:00. "Rəvan” – "Kəpəz” - 1:3
Qollar: Məmməd Quliyev, 81 - Kərim Diniyev, 16. Namiq Ələsgərov, 29. Juninyo Osvaldo, 57
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Vüsal Əliyev
"Bayıl Arena”