"Lənkərana qəsdən getməmişdim". Bunu Sportnet.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.
Təcrübəli mütəxəssis bu yaxınlarda "Xəzər Lənkəran"ın "Neftçi" ilə keçirdiyi Azərbaycan Kubokunun ilk 1/4 final matçında yalnız AFFA İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadovla eyni zamanda Məşqçilər Şurasının sədri olan Vaqif Sadıqovun yer almasının səbəbini açıqlayıb: "Biz heç də bütün tədbirlərə dördlükdə getmirik. Həmin gün Bakıda da oyunlar var idi. Həm də Lənkəranda məni görsəydilər, nələr baş verərdi? Mütləq dava salardılar. Çünki mən Mirça Rednikin baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"a 5:0 qalib gələn, Lənkəranda 2:0 öndə olduğumuz vaxt Rəhim Həsənovun hoqqaları ilə müdafiə xətti tam sıradan çıxarıldıqdan sonra belə məğlub olmayan komandanın baş məşqçisi olmuşam".
Qeyd edək ki, Böyükağa Hacıyev 2011 - 2013 və 2014-cü illərdə "Neftçi"nin baş məşqçisi olub.