1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şahin Diniyev: "Şəhriyar Əliyevə etiraz etdim"
"Üstümüzdə böyük yük var idi. Düşünürəm ki, oyunu düzgün qurduq. İlk hissədə nəticəni həll etmişdik”. Sportnet.az-ın "qol.az"a istinadən məlumatına görə, bu sözləri "Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Rəvan”a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Baş məşqçi qələbəni belə şərh edib: "İkinci hissədə bəzi oyunçulara şans verdim. Budaqı sarı vərəqəsi olduğuna görə, Tadas Simaitisi isə Eyyub Əliyevin debüt etməsinə görə dəyişdim. Hesab 3:1 olandan sonra həyəcan keçirdim. Çünki "Rəvan” əks-hücumlarda yaxşı oynayan komandadı. Hesabı qoruya bildiyimizə görə sevinirəm. Tural Axundovun yoxluğu oyunumuza təsir etdi. Məcburən Şəhriyar Əliyevi onun yerində oynatdıq. Öz mövqeyində oynamadığı üçün istənilən futbolu sərgiləyə bilmədi. Bəzi səhvlər etdi. Ona görə də, ona etiraz etdim”.