Sabah "Xəzər Lənkəran” ilə Azərbaycan Kuboku uğrunda 1/4 final mərhələsinin cavab oyunu Vəli Qasımov üçün xüsusi matç olacaq. Sportnet.az-ın məlumatına görə, "Neftçi”də baş məşqçi əvəzi təyin olunan 48 yaşlı mütəxəssis ümumiyyətlə, məqşçilik karyerasında klub səviyyəsində debüt edəcək.
Qasımov komandanı ilk dəfə oyuna çıxaracaq. Həftəsonu keçiriləcək qarşıdakı turda AZAL-la səfər oyununda isə o, Premyer Liqada siftə edəcək. Qasımov futbolçu kimi də Azərbaycan milli çempionatının iştirakçısı olmayıb. O, vətəndə baş məşqçi kimi işləsə də, bu, U-19 yığmasında olub.
Qasımov indiyədək klub səviyyəsində yalnız "Neftçi”də çalışıb və hələ Əkbər Hacıyevin prezidentliyi dövründə də idman direktoru olub. Maraqlıdır ki, "ağ-qaralar” cari mövsümdə 2-ci dəfə məhz "Xəəzr Lənkəran”la öncəsi baş məşqçisini dəyişir. Komanda Lənkəranda Premyer Liqa matçına Əsgər Abdullayevlə çıxımış və 2:0 hesablı qələbə qazanmışdı. QAsımov çempionatən son turunda martın 5-də "Qəbələ" ilə oyunda uduzduqdan (1:2) sonra istefa verib və bu, rəhbərlik tərəfindən qəbul olunub. Göründüyü kimi, "Neftçi"ni "Bakcell Arena"da 4 gündə keçirəcəyi ardıcıl 2 oyuna fərqli çalışdırıcılar çıxaracaq.
Xatırladaq ki, Qasımov SSRİ dövründə - 1987-91-ci illərdə "Neftçi"də keçirdiyi 155 oyunda 56 qol vurub. Bu, onun 16 illik futbolçu karyerasında həm oyun, həm də qol baxımından ən yüksək göstəricisi olub.