Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in "Elfsborq"la Bakıda keçirəcəyi matçın başlanma saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma iyulun 24-də saat 21:00-da "Şəfa" stadionunda keçiriləcək.
İlk görüş isə İsveçdə "Boras Arena"da baş tutacaq. İyulun 17-də görüşəcək rəqiblər Bakı vaxtı ilə saat 21:00-da meydana çıxacaq.
Qeyd edək ki, "İnter" Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Tiraspol"u ilə qarşılaşıb. Səfərdə 3:2, doğma meydanda isə 3:1 hesablı qələbə "bankirlər"i növbəti mərhələyə yüksəldib.