1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Bəhmən Həsənov: "Penalti olmalı deyildi"
"Deyə bilərəm ki, oyunu udmaq üçün çox istəkli idik. Ən azından matçı heç-heçəyə daşımağa çalışırdıq". Sportnet.az-ın məlumatına görə, bunu "Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov deyib.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "İnter" məğlubiyyətindən (0:3) danışan B.Həsənov oyunda penalti epizodunun olmadığını bildirib: "Penalti oyunun qırılma nöqtəsi oldu. Mənə elə gəlir ki, orada penalti olmalı deyildi. Amma "İnter" layiqli qələbə qazandı. Onların ustalıq səviyyəsi həddən artıq yüksəkdir. Meydanda öz oyunlarını oynadılar və istədiklərinə nail oldular. Onları təbrik edirəm. Bundan sonra çempionatda oyunumuza davam edəcəyik".
Baş məşqçi məğlubiyyətə səbəb kimi hücumçuların peşəkarlıq səviyyəsinin aşağı olmasını da söyləyib: "Biz kompakt oyuna üstünlük vermişdik. Əsasən yerlə ötürmələrə üstünlük veririk. Hava ötürmələrinin əleyhinəyəm. Çünki futbolçu qaçıb həm topu ram etməli, həm də qapıya zərbə endirməlidir. Nəzərə alaq ki, bizim hücumçular o səviyyədə deyil. Ona görə mən bunu planlaşdırmamışdım. Sadəcə ötürmələr də ünvana çatmırdı. Əslində bizim bir hücumçumuz var və o da zədəlidir, xəstədir. Başqa bir hücumçumuz yoxdur".
B.Həsənov "İnter"in heyətində çıxış edən Abbas Hüseynovun komandaya başağrısı olduğunu deyib: "Abbas çox sürətli oyunçudur. Hər zaman bu cinahdan bizə başağrısı yaradırdı. Heç nə dəyişmədi. Belə baxanda Müslümovun bir az sürəti var. Amma cinahda onu bağlamalıydı. Abbas bizə yenə başağrısı oldu. Bir neçə oyunçumuzu yığırdı və boşluqlar yaranırdı. Onu bağlamağa çalışdıq. O da alınmadı. Futbolçular verilən tapşırığı çox az yerinə yetirdilər. Biz belə düşünməmişdik. Oyun belə getməli deyildi. "İnter" çox təmkinli komandadır. Sona qədər rəqibin çökməsini gözləyən bir komandadır. Bu gün də cinahlar bizə çox problem yaratdı".