1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Zaur Svanadze: "Oyunun əvvəlində əsəbilik vardı"
"Sumqayıt"la oyunda uşaqlar çox güc sərf etmişdilər. Ona görə də bu gün bir qədər yorğun idilər". Sportnet.az-ın məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Rəvan"ı 3:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra CBC Sport-a deyib.
Bununla belə, gürcüstanlı mütəxəssis nəticədən razı qaldığını bildirib: "Oyunun əvvəlində bir az əsəbilik vardı. Çünki ilk görüşdə uduzmuşduq. Cavab qarşılaşmasında ilk qolu vurduqdan sonra əsəblər tədricən soyumağa və hər şey planlaşdırdığımız kimi getməyə başladı. Nəticədən razıyam. 3 qol vurduq, yarımfinala adladıq".
Svanadze ilk yarıda zədələnərək, meydanı tərk edən Nizami Hacıyevin durumuna sabah aydınlıq gələcəyini də əlavə edib.
Qeyd edək ki, "İnter" ilk görüşdə 1:2 hesabı ilə uduzduğu "Rəvan"ı cavab oyununda darmadağın edib - 3:0.