AFFA-nın Məşqçilər Komitəsi klublarla görüşlərini sona çatdırıb. Sportnet.az-ın məlumatına görə, son görüş Qəbələdə gerçəkləşib.
Kömitə üzvləri əvvəlcə baş məşqçi Roman Qriqorçuk, klub rəsmiləri - baş menecer Zaur Əzizov, komanda rəisi Səbuhi Səfiyarlı və məşqçi Sənan Qurbanovla görüşüblər. Komitə sədri Vaqif Cavadov, üzv Ağasəlim Mircavadov və AFFA İcraiyyə Komitəsində yer alan İsgəndər Cavadovdan ibarət heyət "Qəbələ" rəsmiləri ilə görüşdə milli üzvblərinin vəziyyəti, çatışmazlıqlarını və onların aradan qaldırılma yollarını müzakirə ediblər.
Növbəti gün "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı, akademiya direktorunun müavini Nail Kərimov və digər məşqçilərlə görüşən komitə üzvləri bu tədbirlərin davamlı olacağını bildirib, məşqçilərin təkliflərini dinləyiblər.
Fıçıcı AFFA-dan bəzi stadionların yenidən qurulmasını istəyib. O, həmçinin aşağı yaş qruplarının çempionatlarında rəqabətin aşağı olduğunu qeyd edərək, bunu inkişafa mane olan amil kimi qiymətləndirib.
Öz növbəsində Sadıqov görüşlərdə səslənən bütün fikirləri AFFA rəhbərliyinə çatdıracaqlarını bildirib. Mircavadov isə oyunçuların itməməsi üçün yeni yığmaların (U-16, U-18, U-21) yaradılmasına ehtiyac duyulduğunu vurğulayıb.