"Neftçi" ilə qarşılaşmada AZAL-ın baş məşqçisi Tərlan Əhmədov məcburi əvəzləməyə əl atıb. Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis Tagim Novruzovu oyundan alıb.
Buna Novruzovun 26-cı dəqiqədə zədələnməsi səbəb olub. Meydanı axsaya-axsaya tərk edən 28 yaşlı yarımmüdafiəçi yerini Hacı Əhmədova verib.
Qeyd edək ki, hazırda AZAL öndədir - 1:0.













































































