"Neftçi"nin futbolçusu Nikolas Kanales Azərbaycan Premyer Liqasına üçüncü qayıdışını AZAL-ın qapısına qolla qeyd edib. Sportnet.az-ın məlumatına görə, ikinci hissədə meydana girənn çilili hücumçu 60-cı dəqiqədə baxımlı qola imza atıb.
O, Ruslan Qurbanovun ötürməsindən sonra sol ayağı ilə topu saxlamadan AZAL-ın qapısından keçirib. Bununla da hesab bərabərləşib - 1:1.













































































