1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Vəli Qasımov: "Hər şey məndən asılı deyil"
"Mənim üçün ən əsası komandamın düzgün oynamasıdır. Bu gün oyun məni çox razı saldı və futbolçularımı tərifləmək istərdim". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Vəli Qasımov AZAL-la səfərdə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXV tur matçından sonra deyib.
47 yaşlı mütəxəssis bildirib ki, futbolda əsas məqamlardan biri yaxşı müdafiə olunmaqdır: Biz də bu gün bunu yaxşı nümayiş etdirdik. Rəqib demək olar ki, təhlükəli vəziyyət yarada bilmədi".
Qasımov hazırda iki vəzifəni yerinə yetirdiyini və baş məşqçi axtarışlarının davam etdirildiyini vurğulayıb: "Mən həm idman direktoru, həm də baş məşqçiyəm. Lakin baş məşqçi axtarışlarımız davam edir. Hazırda baş məşqçi vəzifəsində də varamsa, deməli, komandamın sükanı arxasındayam. Hər şey məndən asılı deyil. Yekun qərarı rəhbərlik verəcək".