"Qarabağ”la ardıcıl 3 oyuna motivasiya olunmaq heç də çətin deyil. Motivasiyamız çox yüksək idi. Bugünkü matç əvvəlkilərlə müqayisədə oyun baxımından yaxşı keçdi. Meydana heç-heçə yox, qələbə üçün çıxmışdıq”. Sportnet.az-ın məlumatına görə, bunu "CBC Sport”a açıqlamasında "Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib. Onun sözlərinə görə, komanda "Qarabağ”la kubok matçlarından fərlqi bu dəfə qələbəyə daha istəkli idi: "Təəssüf ki, buraxdığımız erkən qol və qapıçının 2-ci qolda səhvi öz sözünü dedi. Bundan sonra "Qarabağ” kimi güclü rəqibə qol vurmaq, ona qalib gəlmək çətin idi. Komandanımı sürətli, yaxşı oyun göstəridyinə görə tərbik edirəm. Maraqlı matç izlədik. Qarşıda "Rəvan”la martın 18-də oyunumuz var. İndi bütün diqqətimizi həmin matça yönəldəcəyik”.
Abasov qış fasiləsində böyük ümidlərlə transfer etdikləri Vaqif Cavadov haqda maraqlı fikirlər bildirib. O, hələ də qol vura bilməyən hücumçusuna güvəndiyini söyləyib: "Vaqif Cavadov haqda çox suallar verilir və bunlara cavab verməkdən bir az yorulmuşam. Əfsuslar olsun ki, onunla bağlı sual verənlər yorulmayıb. Mənə elə gəlir ki, tək Vaqifdə yox, ümumi komandada problemlər var. Cavadova inamımız var. Məqsədimiz onu qorumaqdır. İnnaırıq ki, özünə tezliklə gələcək. Burda da olmasa, başqa komandada öz sözünü deyəcək. Vaqifi hesabdan silmək bir az tezdir”.