"Qarabağ”ın futbolçusu Samuel Armenteros "Sumqayıt”la bugünkü matçda şans qazanmayıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Qurban Qurbanov isveçli hücumçusunu bu dəfə ehtiyatda saxlamağı lazım bilib. O, son vaxtlar gərgin oyun qrafikində olduqlarından, heyətdə bəzi dəyişikləri etməyi lazım bilib. Bu üzdən bəzi əsas heyət oyunçuları kənarda qalıb. Bunlardan biri olan Samuel Sumqayıtda həftəiçi keçirilən kubok matçında 2 qol vurmuşdu.
Armenterosun ötən yay gəldiyi "Qarabağ”la müqaviləsi "1 il + 1 il” şərtilədir. Anlaşmanın uzadılması üçün hər iki tərəfin razılığı olmalıdır. Qurbanov bunun üçün yetərincə vaxtlarının olacağını hesab edir.