
"Sumqayıt”la çempionatda əvvəlki oyunda səfərdə uduzmuş, evdə heç-heçə etmişdik. Bu, növbəti səfər matçının da çətin keçəcəyinə bizə siqnal verirdi”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ”ın futbolçusu Coşqun Diniyev "CBC Sport”a açıqlamasında bildirib. O, 2:0 hesabı ilə qalib gəldikləri "Sumqayıt”ın öz dəst-xətti ilə seçilən komanda olduğunu bildirib: "Rəqib elə bir sistemlə oynayır ki, hər bir komandaya ona qarşı oynamaq çətindir. Sevinirəm ki, səfərdə 3 xalı qazana bildik. Nəticə bizim üçün yaxşı oldu. Bundan sonra bizi "Qəbələ” ilə çətin səfər oyunu gözləyir. Bu gün qazandığımız 3 xal həmin matç öncəsi bizə stimul verdi”