Azərbaycanda ilk dəfə qapıçı məqşçiləri üçün UEFA-nın A kateqoriyalı məşqçi kursu keçiriləcək. Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dərslər oktyabrda təşkil olunacaq.
Kursun strukturu, formatı və müddəti ilə bağlı məlumat vermək üçün bu gün AFFA-nın texniki direktoru Bernhard Lippert qapıçı məşqçiləri ilə görüş keçirib.















































































