AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında "Zirə" klubunun məşqçisi Anar Niftəliyevin bir oyunluq cəzalandırılmasına qərar verib. Sportnet.az-ın məlumatına görə, buna səbəb Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ" ilə səfər oyununda (2:1) A.Niftəliyevin texniki zona qaydalarını pozmasıdır.
Nəticədə klub 1000 manat cərimələnib. Üstəlik həmin görüşdə və eyni komandaya qarşı keçirilmiş Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Zirə" ümumilikdə 2000 manat (hər oyun üçün 1000 manat) ziyana düşüb.
"Zirə"dən başqa Premyer Liqanın XXV turunda keçirilmiş "Sumqayıt" - "Qarabağ" matçında meydan sahiblərinin, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə keçirilmiş cavab görüşündə isə "Rəvan"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat ödəməli olacaq.













































































