12 yaşadək futbolçular arasında Azərbaycan çempionatında "lipa" aşkarlanıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ”la oyunda RİOEUGİM komandasanın heyətində lisenziyası olmayan futbolçunun yer aldığı müəyyənləşib.
Bu səbəbdən, AFFA İntizam Komitəsi qaydaları pozan kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Daha bir məğlubiyyətə U-10 Liqasında çıxış edən "Dalğa” (Lənkəran) komandası məruz qalıb. Buna "Zirvə” ilə qarşılaşmada yetərsayın olmaması səbəb göstərilib.












































































