"Klubumuzdan iki futbolçunun milliyə çağırılması sevindiricidir. Xüsusən də, Namiqin uzun müddətdən sonra yenidən yığmaya qayıtması qeyd olunmalıdır”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib.
"Kəpəz”in iki futbolçusu Tərlan Quliyev ilə Namiq Ələsgərovun milli komandaya çağırılması futbolçuların özü kimi baş məşqçinin də sevincinə səbəb olub. Yetirmələrinin yığmaya dəvət olunması ilə bağlı təərrüratlarını bölüşən Diniyev Ələsgərova xüsusilə toxunub: "Bu işdə futbolçu kimi "Kəpəz”in də zəhməti var. Ələsgərovun bərpa olunmasında, formaya düşməsində komandamızın rolu oldu. Futbolçu özü də bunu vurğulayır. Məşqçi kimi mən də onun bu uğuruna şadam. "Kəpəz”in uğurlu çıxışı futbolçularımızın milliyə yolunu açdı, bu, bizim üçün çox xoşdur. Deməli, işimizi uğurlu saymaq olar, əsas Azərbaycan futbolunun inkişafıdır və bu yolda da Gəncə klubu öz töhvəsini verməyə çalışır”.