Bu gün keçirilən "Neftçi” – "Kəpəz” oyunu ilə əvəzedici heyətlərin ölkə birinciliyində 26-cı tura yekun vurulub. Sportnet.az-ın məlumatına görə, "Neftçi"nin əsas komandası kimi əvəzediciləri də evdə rəqibinə minimal fərqlə uduzub. Əzəli rəqibini 2-1 hesabı ilə məğlub edən gəncəlilər turnir cədvəlinin 3-cü pilləsindəki mövqeyini möhkəmləndirib.
"Neftçi” - "Kəpəz” - 1:2
Ruzigar İbrahimzadə, 18 - Fərid Məmmədov, 48; Sahib Abbasov, 55
Xatırladaq ki, "Neftçi"nin əsas komandası dünən "Kəpəz"ə 2:3 hesabı ilə məğlub olub.